"HƏR GƏLİŞİNİZ KƏNDİMİZƏ XOŞ ƏHVAL GƏTİRİR" - YUXARI SEYFƏLİ AĞSAQQALLARI
Bildiyiniz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hər həftə rayonun müxtəlif kənd və qəsəbələrində sakinlərlərlə görüşür, onların problemlərini yerində öyrənir.
Bir sözlə hər zaman sakinlərin yanında olmaq, onların sevincinə də, kədərinə də şərik olmaq Alimpaşa Məmmədovun əsas prioritetlərindəndir.
Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan rayon İcra Hakimiyyəti başçısı bu gün Yuxarı Seyfəli kənd sakinlərini fərdi şəkildə qəbul edib.
Qəbul yerinə gələn icra başçısını kənd ağsaqqalları və gənclər çox səmimi qarşılayıblar. Kənd ağsaqqalları adından danışan 87 yaşlı Əhmədov Firüddin Gülmalı oğlu, Qasımov Qasım Qurban oğlu və Əliyev Cavad Qüdrət oğlu Yuxarı Seyfəli sakinlərinin dövlətimizə olan sevgisindən danışıblar: “Sizi Şəmkirin gözəl kəndlərindən biri Yuxarı Seyfəlidə görməkdən məmnunuq. Hər gəlişinizlə kəndimizə xoş əhvali-ruhiyyə gətirirsiniz. Sizin gəlişinizlə dövlətimizin, Cənab Prezidentimizin sevgisini, qayğısını hiss edirik. Biz Seyfəli əhalisi Prezidentimizi çox sevirik və hər zaman Ali Baş Komandanımızın yanındayıq”.
Vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunmasına çalışan Şəmkir Rayon İcra Hakimiyyətinin bu qayğıkeçliyi nəticəsində qəbula gələn vətəndaşlar öz arzu və istəklərini rayon rəhbərinə çatdırır, müraciət etdikləri məsələrə konkret cavab alırlar.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 18 nəfər vətəndaş qəbul olunaraq dinlənilib.
Kəndin sakini Məmmədov Salman Misir oğlu Yuxarı Seyfəlinin bəzi yollarında təmir bərpa işlərinin aparılması üçün köməklik göstərilməsini xahiş edib.
Qasımov Həsən Qabil oğlu isə kənd gəncləri adından qəbula gələrək, Yuxarı Seyfəlidə internet sisteminin yaxşılaşdırılması üçün köməklik edilməsini xahiş edib.
Vətəndaşlar tərəfindən səsləndirilən digər müraciətlər müraciətlər əsasən qaz, sosial problemlər, mübahisəli torpaq məsələsi və digər məsələlər barədə olub.
Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.
Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və rayon rəhbərinə minnətdarlıq ediblər.