Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ ƏHALİNİN PULSUZ TİBBİ MÜAYİNƏSİ BAŞLANDI

12 fevral 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən respublikanın hər yerində olduğu kimi Şəmkir rayonunda da əhalinin tibbi müayinəsinə başlanılmışdır.

Şəmkir əhalisinin növbəti tibbi müayinəsinin səmərəli təşkilindən ötrü qrafik tərtib olunmuşdur. Müayinənin ilk günündən başlayaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən yaradılan həkim briqadası tərəfindən əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsinin gedişi ilə yaxından tanış olmaq üçün rayon Konsultativ Poliklinika şöbəsində olub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova tibbi müayinənin təşkili barədə geniş məlumat verilərək bildirilib ki, rayon ərazisində müayinənin Konsultativ Poliklinika şöbəsi, 32 həkim məntəqəsi, 4 kənd və 3 qəsəbə xəstəxanasında aparılır. Bununla yanaşı həkim olmayan kəndlərdə əhalinin müayinə edilməsi üçün əlavə 3 həkim briqadası yaradılıb. Hər briqada terapevt, cərrah, endokrinoloq, stomotoloq və kardioloq həkimlə təmin olunub.

Eyni zamanda Şəmkir rayon Mərkəzi xəstəxanasında ayrıca təşkil edilmiş səyyar həkim briqadası əlillərin, sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi müayinəsini evlərdə və yaşadıqları ünvanda həyata keçirir. Baş həkim bildirib ki, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda Şəmkir Rayon İcra Hakimiyyəti və “Böyük Yol” Gənclərin İctimai birliyi tərəfindən əhaliyə kömək etmək, istiqamət vermək üçün könüllülər də yaradılıb.
Rayon Konsiltativ Poliklinkasında tibbi müayinənin gedişi ilə tanış olan zaman Alimpaşa Məmmədov könüllülərlə də görüşüb, onlara bu nəcib addımlarına görə minnətdarlığını bildirib və xatirə fotosu çəkilib.

Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən rayon sakinləri onların sağlamlıqlarının qeydinə qaldığı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi may ayının 12-dək davam etdiriləcəkdir

Keçidlər