Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRLİ GƏNC 25 YAŞINDA VƏZİFƏYƏ TƏYİN EDİLDİ

11 fevral 2019 | 16:00

Şəmkirdə gənclərin dövlət postlarına cəlb edilməsi işi davam etdirilir.

Artıq gənclər Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda uğurla icra olunan layihələrdən istifadə etmək imkanı qazanırlar. Bunun nəticəsidir ki, Şəmkir gəncləri öz qabiliyyətlərini, bacarıqlarını anında göstərmək imkanı qazanır və rayon rəhbərliyi tərəfindən dəstək alırlar.

Son illər bu işlər rayonda demək olar ki, adət halını alıb.

Belə gənclərdən biri də Pənahov Ruslan Şahin oğludur.

Ruslan Pənahov 7 yanvar 1994-cü ildə Şəmkir rayonun Kür qəsəbəsində dünyaya gəlib. Azərbaycan Kooperasiya Universitetini bitirib.

Pənahov Ruslan Şahin oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun 8 fevral 2019-cu il tarixli müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ruslan Pənahov daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsində çalışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Ruslan Pənahovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər