Şriftin ölçüsü :

Saytın rəngi :

GƏNC HƏKİMLƏR BAYRAMLIDA BAYRAM ƏHVALI YARATDILAR

09 fevral 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizdə ilk dəfə Şəmkirdə yaradılan “Gənc Həkimlər Birliyi” qısa zaman ərzində şəmkirlilərin rəğbətini qazanıb, pasientlərinin sevimlisinə çevrilib.

Dövlət Gənclər Siyasətinin uğurla həyata keçirildiyi dönəmdə Şəmkir rayonunda “Gənc Həkimlər Birliyi”nin yaradılmasında əsas məqsəd Prezident Cənab İlham Əliyevin ölkəmizdə kimsəsiz və aztəminatlı ailələrə pulsuz tibbi dəstək göstərilməsi tapşırıqlarından irəli gələn ən uğurlu seçim idi.

Bu gün “Gənc Həkimlər Birliyi” rayonun Bayramlı kəndində sözün həqiqi mənasında bayram əhvalı yaradıblar.
Belə ki, kəndin sakinləri, xüsusilə də aztəminatlı ailələrin müayinəyə axımı sağlamlığın gənc keşikçilərinə olan inamın, sevginin bariz nümunəsidir. Bu gün kənddə həkimə ehtiyacı olan hər kəs orada idi. Hətta onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, Rayon İcra Hakimiyyətinə və “Gənc Həkimlər Birliyi”nə minnətdarlıqlarını bildirmək üçün gələnlər də az deyildi.
Birlik üzvləri bu gün Bayramlı kəndində 116 sakinin pulsuz tibbi müayinəsini həyata keçirib, bir nəfəri isə təmənnasız əməliyyat üçün Şəmkir Mərkəzi Xəstəxanasına dəvət ediblər.

Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.

Müayinədə aşağıdakı həkimlər iştirak ediblər:

“Gənc Həkimlər Birliyi”nin sədri həkim-cərrah Samir Namazov

Şüa diaqnostika həkimi Səbinə Salmanova

Həkim-pediatr Mirəhməd Səbəbçu

Həkim Tural Muradov

Həkim-terapevt Könül Məmmədova

Həkim-stomotoloq Cavid Ələsov

Həkim-terapevt Sərxan İbrahimov

Həkim-terapevt Həcər

Həkim-pediatr Aynur

Həkim- kordioloq Surac Namiqoğlu

Keçidlər