Şriftin ölçüsü :

Saytın rəngi :

“AZƏRBAYCANIMA ƏSGƏR OLMAQ İSTƏYİRƏM” - ŞƏMKİRƏ UŞAQ BAĞÇASI ƏSASLI TƏMİRDƏN SONRA İSTİFADƏYƏ VERİLDİ

07 fevral 2019 | 16:00

Şəmkir rayonunun Keçili kəndində yerləşən 85 yerlik 2 saylı körpələr evi-uşaq bağçası “BP Azerbaijan” şirkətinin dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra körpələrin istifadəsinə verilib.

Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bikdirib ki, bu gün ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərilir. Prezident Cənab İlham Əliyevin qayğısı sayəsində indi ölkəmizin hər yerində müasir uşaq bağçaları, uşaq evləri inşa olunur, zəruri avadanlıqla təchiz edilir.

“BP” Azərbaycan şirkətinə də şəmkirlilər adından təşəkkürünü bildirən icra başçısı bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

İcra hakimiyyətinin başçısı qeyd edib ki, bu gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın uşaqlara xüsusi diqqət və qayğı göstərməsi ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı və məntiqi nəticəsidir.

“BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında bildirib ki, bu cür layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır.
Vitse-prezident belə layihələrin bundan sonra da davam edəcəyini bildirib.

Əsaslı təmir olunan, müasir tələblərə cavab verən binada uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb, otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz edilib.

Sonda mərasim iştirakçıları bağçada uşaqlar üçün yaradılmış şəraitlə tanış olublar.

Bağçada yaradılan şəraitlə tanışlıq zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və digər qonaqlar körpələrlə söhbət edib, onların sevincinə şərik olublar.

İcra başçısının balacalardan birinə “gələcəkdə kim olmaq istəyirsən?” sualına aldığı cavab Alimpaşa Məmmədovu və qonaqları qürurlandırıb: “Azərbaycanıma əsgər olmaq istəyirəm”

 

Keçidlər