Şriftin ölçüsü :

Saytın rəngi :

"PREZİDENTİMİZ HƏR BİRİMİZİN QÜRUR, GÜVƏN YERİMİZDİR" - ZƏYƏM QƏSƏBƏSİNDƏ 127 NƏFƏR FƏRDİ QƏBUL EDİLDİ

06 fevral 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Şəmkir Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan Şəmkir Rayon İcra Hakimiyyəti başçısı bu gün Zəyəm qəsəbə sakinlərini fərdi şəkildə qəbul edib.

Vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunmasına çalışan Şəmkir Rayon İcra Hakimiyyətinin bu qayğıkeçliyi nəticəsində qəbula gələn vətəndaşlar öz arzu və istəklərini rayon rəhbərinə çatdırır, müraciət etdikləri məsələrə konkret cavab alırlar. Bu gün rayon İcra Hakimiyyətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri şəmkirlilərə hər zaman Cənab Prezident İlham Əliyevin qayğısını hiss etdirməkdir.

Bu gün isə Zəyəm qəsəbəsində ümumilikdə rayon İcra Hakimiyyəti başçısı tərəfindən 127 nəfər vətəndaş qəbul olunaraq dinlənilib.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər sosial problemlər, mübahisəli torpaq məsələsi barədə, qaz, işıq, su problemlərinin aradan qaldırlması olub.

Qəbula gələnlər arasında ölkə Prezidenti Cənab İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkür etmək üçün gələn kənd ağsaqqalları da vardı.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və rayon rəhbərinə minnətdarlıq ediblər.

Keçidlər