Şriftin ölçüsü :

Saytın rəngi :

"BÖYÜK YOL" GƏNCLƏRİN İCTİMAİ BİRLİYİ TƏLTİF EDİLDİ

04 fevral 2019 | 16:00

Hər il fevralın 2-si Gənclər Gününün qeyd olunması münasibətilə elm, təhsil, mədəniyyət və incəsənət sahəsində nailiyyət qazanan, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil edən gənclər təşkilatlarının yaradıcı və istedadlı gənclərin, gənclər təşkilatlarının stimullaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlar təqdim olunur.

Sevindirici haldır ki, builki mükafatçılar arasında Şəmkir rayonunun yeganə rəsmi qeydiyyatlı gənclər təşkilatı olan “Böyük Yol” Gənclərin İctimai Birliyi də var.

Belə ki, “Böyük Yol” Gənclərin İctimai Birliyi 2018-ci ildəki uğurlu fəaliyyətlərinə görə Gənclər Günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən təltif edilib.

Şəmkir Rayon İcra Hakimiyyəti və bütün şəmkirlilər adından böyük amallar uğrunda irəliləyən “Böyük Yol”çuları təbrik edir, uğurlar arzulayırıq.

Keçidlər