Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ RAYON GƏNCLƏRİNƏ TƏBRİK MƏKTUBU

02 fevral 2019 | 16:00

ŞƏMKİR RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ RAYON GƏNCLƏRİNƏ TƏBRİK MƏKTUBU

ƏZİZ ŞƏMKİR GƏNCLƏRİ,

Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. O, həmişə gənclərimizə böyük ümidlər bəsləyib, onları Azərbaycanın gələcəyi adlandırıb və dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir.

Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir.

Son illər respublikamızın hər yerində olduğu kimi, Şəmkir rayonunda da həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.

Rayonumuzda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Şəmkir gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.

Biz əminik ki, müstəqil dövlətimizin verdiyi imkanların nəticəsi olaraq, Şəmkir gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə yerli və beynəlxalq arenada təmsil olunmağa qadirdir.

Bütün bunları nəzərə alaraq bildiririk ki, Şəmkir gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və rayonumuzun gələcək inkişafına töhfələrini verməlidirlər.

Şəmkir Rayon İcra Hakimiyyəti olaraq rayon gənclərinin fəaliyyətini yüksək qiymətlənləndiririk.

Bu gün böyüyən Şəmkir gəncləri xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalı, vətənpərvərliyi, milli dəyərləri, ənənələri göz bəbəyi kimi qorumalıyıq.

Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev də bu sahəyə çox böyük diqqət göstərir. Elə etməliyik ki, biz də bu diqqətə layiq işlərimizlə Cənab Prezidentin etimadını doğruldaq və bizdən sonrakı nəsil də bu amalla yaşasın - dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət.

ƏZİZ GƏNCLƏR,

SİZİ VƏ SİZİN SİMANIZDA BÜTÜN AZƏRBAYCAN GƏNCLƏRİNİ 2 FEVRAL GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİR, SİZLƏRƏ XOŞBƏXT GƏLƏCƏK ARZULAYIRAM!

BAYRAMINIZ MÜBARƏK!

Hörmətlə,

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov

Keçidlər