Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir.
Prezident İlham Əliyevin sentyabrın 10-da Azərbaycan vətəndaşlarının 2014-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Sərəncamına əsasən oktyabr ayının 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb. Bu münasibətlə Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi Həsrət İsmayılov və digər iştirakçılar, hərbi xidmətə yola salınan gəncləri təbrik etmişlər. Natiqlər öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ordu quruculuğu və milli hərbi kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirdiyini vurğulamış, Prezident ilham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazda ən qüdrətli ordu olduğunu bildirilmişlər.
Daha sonra Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi Həsrət İsmayılov tərəfindən ordudan tərxis olunmuş gənclərə hərbi biletlər təqdim olunmuş, Şəmkir rayon məktəblərinə “Hər şey qələbə üçün” adlı kitab-albom hədiyyə edilmişdir.
Tədbir rayon mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etmişdir.