ŞƏMKİR "GƏNC HƏKİMLƏR BİRLİYİ"NİN ÜZVÜ POLİKİLİNİKAYA BAŞ HƏKİM TƏYİN EDİLDİ
01 fevral 2019 | 16:00
Şəmkir rayon Konsultativ Poliklinikasına yeni baş həkim təyin edilib.
Səhiyyə naziri Oktay Şirəliyevin müvafiq əmrinə əsasən yeni təyinat alan baş həkim Məmmədova Sevda Zeynalabdin qızıdır.
Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan “Gənc Həkimlər Birliyi”nin üzvü olan Sevda Məmmədova 28 fevral 1975-ci ildə rayonun Düyərli kəndində anadan olub.
Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Ailəlidir 3 övladı var.
Sevda Məmmədova daha öncə Şəmkir rayon Zəyəm qəsəbə xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
ŞƏMKİR RAYON İCRA HAKİMİYYƏTİ VƏ BÜTÜN ŞƏMKİRLİLƏR ADINDAN SEVDA MƏMMƏDOVANI TƏBRİK EDİR, GƏLƏCƏK İŞLƏRİNDƏ UĞURLAR ARZULAYIRIQ!