Şriftin ölçüsü :

Saytın rəngi :

“ÇALIŞDIĞIN RAYONUN İNSANLARININ DƏRDİNƏ ŞƏRİK OLMAQDAN GÖZƏL HİSS YOXDUR”- İCRA BAŞÇISI 181 VƏTƏNDAŞ QƏBUL ETDİ

25 yanvar 2019 | 16:00

Hamıya məlumdur ki, dövlətimizin başçısı Cənab İlham Əliyev yürütdüyü siyasətdə həmişə vətəndaş amilinə önəm verib.

Məhz bu siyasətin çox diqqətçəkici istiqamətlərindən biri də onun vətəndaşlarla bağlı prinsiplərə söykənməsdir.

Burada isə sosial siyasətin əsas məğzi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir.

Bu gün Cənab Prezidentin vətəndaş amilinin önə çəkilməsi siyasəti Şəmkir rayonunda uğurla icra olunur.

Şəmkir sakinlərinin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bu günki qəbulunda da insanlar böyük ümidlə gəlmişdirlər.

İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdi.

93 yaşlı ahıl qocanın, gəncin, hətta körpə uşaqların belə iştirak etdiyi 181 nəfər sakinin müracitəini dinləyən Alimpaşa Məmmədov bildirib ki, çalışdığın rayonu sevmək üçün onun sakinlərinin dərdinə şərik olub, onlara toxunmaq lazımdır və dünyada bundan gözəl duyğu ola bilməz.

Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.

Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova minnətdarlıq ediblər.

Keçidlər