Şriftin ölçüsü :

Saytın rəngi :

ÖTƏN İL KÜR QƏSƏBƏSİNDƏ ƏVƏLLKİ İLLƏRƏ NİSBƏTƏN REKORD SAYDA SAHİBKARLIQ OBYEKTİ İSTİFADƏYƏ VERİLİB

24 yanvar 2019 | 16:00

Bu gün 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş daha bir hesabat yığıncağı Şəmkir rayonun Kür qəsəbəsində keçirilib.

H.Z.Tağıyev adına 2 saylı Kür qəsəbə tam orta məktəbin iclas zalında keçirilən hesabat yığıncağında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayon İcra hakimiyyətinin məsul işçiləri, qəsəbədə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və adiyyatı orqanlar iştirak ediblər.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əliyev Vaqif Maarif oğlu hesabat verərək qeyd etdi ki, hər il olduğu kimi 2018-ci ildə də Şəmkir rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri Kür qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.

Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbəsə bir sıra işlər görülmüşdür.

Vaqif Əliyev hesat məruzəsində bildirib ki, 2018-ci ildə Kür qəsəbəsində 255 nəfər artım qeydə alınmışdır. 65 nəfər nikahsız ailədən 54-ü nikaha cəlb edilmişdir.

Hesabat ili ərzində Kür qəsəbəsində 31 yeni fərdi yaşayış evi tikilmiş, 29 fərdi yaşayış evinin tikintisi davam etdirilir.

Qəsəbədə 2018-ci ildə ötən illərlə müqaisədə rekord həddə 14 sahibkarlıq obyekti istifadəyə verilmişdir. Eyni zamanda Eyni zamanda qəsəbə sakinləri tərəfindən 85 sot istilikxana, 25 hektar meyvə bağı salınıb.

Ümumilikdə 2018-ci ildə Kür qəsəbəsinə 384 min manat investisiya cəlb edilmişdir.

Hesabat iclasında çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışdı.

İcra Başçısı qeyd edib ki, Prezident İlham Əliyevin ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunub.

 

Keçidlər