Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI TÜRKİYƏLİ QONAQLARI QƏBUL EDİB

24 yanvar 2019 | 16:00

Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsinin yenidən qurulması üçün podratçı Türkiyənin “Bayburt Group” şirkətrinin nümayəndə heyəti Şəmkir Rayon İcra Hakimiyyətində olublar.

Nümayəndə heyətini qəbul edən Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov ilk öncə qonaqları salamlayıb, Azərbaycanın ən gözəl rayonlarından olan Şəmkirin strateji əhəmiyyət kəsb etdiyini bildirmiş və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat verib.

Alimpaşa Məmmədov son illərədə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Şəmkir rayonunda görülən işlərdən danışıb, bu nailiyyətlərin qazanılmasında Ulu öndən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin böyük rolunu qeyd edib.

İcra başçısı əvvəlcə Gəncə-Qazax-Gürcüstan magistiralının yenidən qurulması münasibətilə şəmkirlilər adından Cənab Prezident İlham Əliyevə təşəkkür edib və bu yolun Şəmkir üçün strateji əhəmiyyətini vurğulayıb.

Şəmkirə səfərdən mənmunluq hissi keçirdiyini deyən “Bayburt Group” şirkətinin idarə heyətinin üzvü Alim Şəntürk Azərbaycanın inkişafından qürür duyduğunu söylədi: “Şəmkiri gördükdən sonra bir daha əmin olduq ki, Azərbaycanın inkişafı təkcə Bakıdan ibarət deyil. Bölgələr də cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində gözəlləşir və müasirləşir. Yeni salınacaq yollar da bu gözəlliyə əlavə bir gözəllik qatacaq”.

Qonaqlar Alim Şəntürk və Sabit Şəntürk təmsil etdiyi qurumun Azərbaycanda gördüyü işlərdən, təcrübə mübadiləsinin aparılmasının vacibliyindən danışıb.

Şəmkirdə gördükləri qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirən qonaqlar onlara güc verən dəstəyə görə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova dərin təşəkkürlərini bildiriblər.

Keçidlər