Şriftin ölçüsü :

Saytın rəngi :

VƏFAT EDƏN YAXINLARININ EHSANINA SAKİNLƏR ÜÇÜN AVTOBUS DAYANACAĞI QURDULAR- XULUF SAKİNLƏRİNDƏN ÖRNƏK ADDIM

23 yanvar 2019 | 16:00

Bildiyiniz kimi, Şəmkir rayonunda milli-mənəvi dəyərlərimizdən olan yas mərasimlərinin sadələşdirilməsi istiqamətində ciddi addımlar atılır.

Çoxsaylı Şəmkir sakinlərinin müraciətindən sonra rayonda ehsan süfrələri sadə və hamının gücü çatan tərzdə verilir. Bu işi şəmkirlilər, xüsusilə ağsaqqallar yüksək qiymətləndirirlər.

Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon sakinləri artıq təmtəraqdan uzaq mərasimlər əvəzinə dünyadan köçən yaxınlarının ehsanı üçün xeyriyyə işləri həyata keçirməyə üstünlük verirlər.

Bu günlərdə Şəmkirin Xuluf kəndində vəfat edən Nüsrət Bəşir oğlu və İsazadə Rauf Əli oğlunun yaxınları mərhumların ehsanına kənd sakinləri üçün xeyriyyə işləri həyata keçiriblər.

Belə ki, Xuluf kənd İƏD-si üzrə nümayəndəliyinin və fəal gənclərinin iştirakı ilə kəndin mərkəzi küçəsində üç yerdə müasir tipli avtobus dayanacağı quraşdırılaraq kənd sakinlərinin istifadəsinə verilib.

Dayanacaqların quraşdırılıb istifadəyə verilməsində kənd sakinləri Quliyev Abuzər Badı oğlu, Əmrahov Şahlar Firuddin oğlu və kəndin gəncləri Atakişiyev Azər, Qəhrəmanlı Orxan,Vəliyev Qədim, Əmrahlı İbrahim, Abbasov Nicat, İsazadə Alı, Cəmilli Rail, Məmmədov Ayaz, Musazadə Zaur, Qurbanlı Sərxan,Verdiyev Elpərəst, Arıxlı Emin, Əliyev Elgün fəallıq göstərdilər.

Kənd sakinləri Şəmkir rayonunda belə bir təşəbbüs irəli çəkdiyi üçün rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Şəmkir Rayon İcra Hakimiyyəti olaraq bütün Xuluf sakinlərini belə gözəl addıma görə təşəkkür edir, xatirələri əbədiləşdirilən mərhumlara allahdan rəhmət diləyirik!

Keçidlər