“Aqrar-sənaye kompleksinin reqabətqabiliyyətinin artirilması: nailiyyətlər və prespektivlər” mövzusunda müzakirələr keçirilmişdir.
10 oktyabr 2014 – cü il tarixdə, Şəmkirdə sahibkarların iştirakı ilə “Aqrar – sənaye kompleksinin reqabətqabiliyyətinin artirilması: nailiyyətlər və prespektivlər” mövzusunda müzakirələr keçirilmişdir.
Tədbirə İqtisadiyyat və Sənayye Nazirliyinin, Kənd Təsərrüfat Nazirliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycanda İxracın və İnvestisyaların Təşviqi fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndələri, elecə də regionda fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Gəncə - Qazax iqtisadi rayonunda istehsal edilən ixracyönümlü və rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olmuşlar. Sərgidə Gəncə - Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 30- a yaxın şirkətin 100 – dən çox çeşiddə məhsulları nümaiş etdirilmişdir.Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.