HESABAT İLİNDƏ ZƏYƏM QƏSƏBƏSİNDƏ 5 SAHİBKARLIQ OBYEKTİ, 35 FƏRDİ EV TİKİLİB
Bu gün Şəmkir rayonu Zəyəm qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayon İcra hakimiyyətinin məsul işçiləri, qəsəbədə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və adiyyatı orqanlar iştirak ediblər.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbəsi üzrə nümayəndəsi Aqil Ağayev hesabat verərək qeyd etdi ki, 2018-ci il qəsəbə üçün uğurlu il olmuşdur. Şəmkir rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Zəyəm qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbəsə bir sıra işlər görülmüşdür.
2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağının gündəliyinə daxil edilən məsələlər içərisində kimsəsiz uşaqlar və tənha ahıl qocalarla, ağsaqqallar və gənclərlə aparılan işlər, təhsil, səhiyyə, mədəniyyət sahəsində görülən işlər, tut tinglərinin əkimi və baramaçılığın inkişafı istiqamətində görülən işlər, qəsəbədə keçirilən mədəni kütləvi tədbirlər, Çinarlıda tikilən fərdi yaşayış evləri, sahibkarlıq obyektləri, qəsəbəyə investisyanın yönləndirilməsi, nikahsız ailələrin sayı və onların nikaha daxil edilməsi istiqamətində görülən işlər, dini radikalizmə qarşı qəsəbədə aparılan maarifləndirici tədbirlər, yas mərasimlərinin sadələşdirilməsi və bu ənənənin qorunub saxlanılması ilə bağlı məsələlər xüsusi ilə önə çəkilib.
Aqil Ağayev hesat məruzəsində bildirib ki, 2018-ci ildə Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası əsaslı təmir edilmiş, qəsəbənin F.Salmanov, M.Ə.Sabir, Ə.Cəmil, M.Füzuli, S. Məmmədov, Mübariz İbrahimov küçələrinə çınqıl tökülərək təmir edilmişdir.
İcra nümayəndəsi hesabat məruzəsində vurğulayıb ki, Zəyəm qəsəbəsində 2018-ci ildə 14 fərdi yaşayış evi tikilmiş, 21 fərdi yaşayış evinin tikintisi davam etdirilir.
Qəsəbədə ötən il 5 sahibkarlıq obyekti istifadəyə verilmişdir. Ümumilikdə 2018-ci ildə Zəyəm qəsəbəsinə 523 min manat investisiya cəlb edilmişdir.
Hesabat iclasında çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışdı.
İcra Başçısı qeyd edib ki, Prezident İlham Əliyevin ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunub.