Şriftin ölçüsü :

Saytın rəngi :

2018-Cİ İLDƏ ÇİNARLI QƏSƏBƏSİNDƏ 7 FƏRDİ EV TİKİLİB, 570 MİN MANAT İNVESTİSİYA QOYULUB

19 yanvar 2019 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zeynalov Zeynalabdin Abbas oğlunun 2018 – cı ilin yekunlarına dair hesabat iclası keçirilib.

İclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, idarə, müəssisə, təşkilatların rəhbərləri, qəsəbə sakinləri, ağsaqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağının gündəliyinə daxil edilən məsələlər içərisində kimsəsiz uşaqlar və tənha ahıl qocalarla, ağsaqqallar və gənclərlə aparılan işlər, təhsil, səhiyyə, mədəniyyət sahəsində görülən işlər, tut tinglərinin əkimi və baramaçılığın inkişafı istiqamətində görülən işlər, qəsəbədə keçirilən mədəni kütləvi tədbirlər, Çinarlıda tikilən fərdi yaşayış evləri, sahibkarlıq obyektləri, qəsəbəyə investisyanın yönləndirilməsi, nikahsız ailələrin sayı və onların nikaha daxil edilməsi istiqamətində görülən işlər, dini radikalizmə qarşı qəsəbədə aparılan maarifləndirici tədbirlər, yas mərasimlərinin sadələşdirilməsi və bu ənənənin qorunub saxlanılması ilə bağlı məsələlər xüsusi ilə önə çəkilib.

Hesabat məruzəsi ilə çıxış edən Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Zeynalabdin Zeynalov 2018-ci ildə görülən işlərin yekunları və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Z.Zeynalov bildirib ki, hesabat ili ərzində qəsəbədə 7 yeni yaşayış evi tikilib, 4-ünün də tikintisi davam etdirilir. Qəsəbəyə sahibkarlar tərəfindən 2018-ci ildə 570 min manat dəyərində investisiya qoyulub.

Qarşıda duran vəzifələr haqqında da danışan Zeynalabdin Zeynalov 2019-cu ildə görüləcək işlərlə bağlı qısa məruzə edib: “Növbəti hesabat ilində nümayəndəliyin qarşısında duran əsas vəzifə görüləcək işlərə hər olduğu kimi bu il də tərəfimizdən ciddi yanaşmaq və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirməkdir. Eyni zamanda qəsəbənin problemlərini aradan qaldırmaq üçün dayanmadan çalışacağıq. 2019-cu ildə də qarşımızda duran başlıca işlərdən biri xaricdə fəaliyyət göstərən iş adamlarını kəndimizə cəlb etmək, rayon rəhbərliyinin köməyi ilə onların Çinarlı qəsəbəsində sahibkarlıqla məşğul olmalarına dəstək olmaqdır.

Hesabatda çıxış edən Çinarlı bələdiyyəsinin sədri Qafarov Arzu Qafar oğlu da qəsəbə bələdiyyəsinin 2018-ci ildə gördüyü işlərdən və 2019-cu ildə qarşıda duran vəzifələrdən danışdı.

Hesabat iclasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxışında bildirib ki, Respublikamızda aparılan sosial-iqtisadi inkişafa uyğun olaraq rayonumuzda da bu dövrdə ayrı-ayrı sahələrdə nailiyyərlər əldə olunmuş, ölkə rəhbərinin regionlarda aqrar sahənin, xüsusilə də baramaçılığın inkişaf etdirilməsi istiqamətində qarşımıza qoyduğu vəzifələrə uyğun olaraq kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
İcra başçısı qeyd edib ki, Prezident Cənab İlham Əliyevin bölgələrə sərmayə qoyuluşu çağırışına qoşulan iş adamları üçün son dövrlər rayonumuz da ayrı-ayrı investorların maraq dairəsinə çevrilmişdir.

Keçidlər