Şriftin ölçüsü :

Saytın rəngi :

MEHİRLİ SAKİNLƏRİ İLƏ SƏMİMİ SƏYYAR QƏBUL-GÖRÜŞ

16 yanvar 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Şəmkir Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan Şəmkir Rayon İcra Hakimiyyəti başçısı bu gün Mehirli kənd sakinlərini fərdi şəkildə qəbul edib.

Vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunmasına çalışan Şəmkir Rayon İcra Hakimiyyətinin bu qayğıkeçliyi nəticəsində qəbula gələn vətəndaşlar öz arzu və istəklərini rayon rəhbərinə çatdırır, müraciət etdikləri məsələrə konkret cavab alırlar.

Mehirli kəndinin sakinləri də qəbula böyük ümidlərlə gəlmişdilər. Çünki şəmkirlilər hər zaman rayon İcra Hakimiyyətinin qayğısını hiss ediblər.

Ümumilikdə rayon İcra Hakimiyyəti başçısı tərəfindən 15 nəfər vətəndaş qəbul olunaraq dinlənilib.

Kənd sakini Əliyev Sabir Nadir oğlu işıq dirəklərinin dəyişdirilməsi, Namazov Zakir Namaz oğlu internet probleminin aradan qaldırılması, Babayev Teymur Nürəddin oğlu baramaçılıqla məşğul olmaq üçün dəstək göstərilməsini xahiş etmişlər.

Digər vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər sosial problemlər, mübahisəli torpaq məsələsi barədə olub.
Qəbula ölkə Prezidenti Cənab İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkür etmək üçün gələn kənd ağsaqqalları da vardı.

Kənd ağsaqqalı Əsgərov Vahid Rüstəm oğlu Şəmkirdə yaradılan gözəl şəraitdən danışıb və təşəkkürünü bildirib: “Allah Prezidentimizə can sağlığı versin, biz hər zaman Ali Baş Komandanımızın yanındayıq və onu dəstəkləyəcəyik. Şəmkirimizdə, Mehirlidə çox gözəl şərait yaradılıb. İşığımız, qazımız, suyumuz daimidir. Yollarımız yaxşı vəziyyətdədir. Kəndin gənclərinin əksəriyyəti yaxınlıqda yerləşən “Az Forel” Balıqçılıq təsərrüfatında işlə təmin olunublar. İnanın şəhərlidən heç bir fərqimiz yoxdur. Çox sağ olun ki, rayonumuzda belə şərait yaratmısınız”.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və rayon rəhbərinə minnətdarlıq ediblər.

Keçidlər