Şriftin ölçüsü :

Saytın rəngi :

"Hər il olduğu kimi 2019-cu ildə də Şəmkir rayonunun büdcəsi şəffaf istiqamətləndiriləcək”- Alimpaşa Məmmədov

14 yanvar 2019 | 16:00

Yanvarın 14-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun sədrliyi ilə Şəmkir rayonunun 2019-cu il üzrə büdcəsi müzakirə edilib.

İclasda rayon İcra Hakimiyyətinin əməkdaşları və büdcədən maliyyələşən təşkilatların rəhbərləri iştirak ediblər.

İclasda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, 2019-cu il üzrə rayonun büdcəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan nailiyyətlər zəminində tərtib edilib.

İcra başçısı qeyd edib ki, 2019-cu ildə rayonun büdcəsinin sosial yönümlülüyü əsas götürülüb:”Şəmkir rayonunun 2018-ci il üçün büdcəsi 19 milyon 875 min manat həcmindədir”.

İcra başçısı bildirib ki, hər il olduğu kimi 2019-cu ildə də əsas məqsəd rayon büdcəsinin doğru-dürüst xərclənməsinə ictimai nəzarəti gücləndirmək, şəffaflığı təmin etməkdir: “2019-cu ildə də rayonun büdcəsinin düzgün tənzimlənməsi, ayrılmış vəsaitin şəffaf istiqamətlənməsi üçün ciddi addımlar atılacaq”.

İclasda Alimpaşa Məmmədov rayon büdcəsinin sosial yönümlü işlərə daha çox sərf ediləcəyini xüsusi vurğulayıb: “2019-cu ildə əsas məqsədimiz vəsaitin ən zəruri məqsədlər üçün istifadə olunmasını təmin etməkdir.

Keçidlər