Şriftin ölçüsü :

Saytın rəngi :

Bu kəndlərdə icra nümayəndələrinin hesabat yığıncaqları keçirildi

12 yanvar 2019 | 16:00

Şəmkir rayon İcra Hakimiyyəti başçısının Ağlavaşlı, Hacıalılar, Xuluf, Keçili, Mahmudlu, Yeni Həyat, Sarıtəpə, Qədimqala, Düzqışlaq, Talış kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin 2018 – ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.

Ağlavaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat iclasında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Hacıalılar, Xuluf, Keçili İƏD üzrə nümayəndənin hesabatında başçının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev, Bayramlı kənd İƏD üzrə nümayəndəlikdə İcra Hakimiyyəti başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva iştirak ediblər.

Mahmudlu, Yeni Həyat kənd İƏD üzrə nümayəndənin hesabat iclasında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev, Sarıtəpə, Qədimqalada Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sənan Quliyev, Düzqışlaq, Talış kənd İƏD üzrə nümayəndəlikdə isə Hüquq Şöbəsinin müdiri Ruslan İsmayılov icra nümayəndələrinin hesabatını dinləyiblər.

Kənd sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirakı ilə keçirilən hesabat yığıncaqlarında inzibati ərazi dairəsi üzrə nümayəndələr məruzə ilə çıxış edib, hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat veriblər.

Keçidlər