Şriftin ölçüsü :

Saytın rəngi :

ELNUR ƏLİYEV YENİABADIN İCRA NÜMAYƏNDƏSİ TƏYİN EDİLDİ

10 yanvar 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yeniabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Əliyev Elnur Telman oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yeniabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.

E.Əliyev 2 iyul 1978-ci ildə Gədəbəy rayonunda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib.

Ailəlidir, 3 övladı var.

Müxtəlif vəzifələrdə çalışan E.Əliyev son olaraq Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsində çalışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Elnur Əliyevi təbrik edir, yeni işində uğurlar arzulayırıq!

 

Keçidlər