DAHA BİR KƏNDƏ İCRA NÜMAYƏNDƏSİ TƏYİN EDİLDİ
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çaparlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.
Kəndin yeni icra nümayəndəsi Natiq Aslanovdur.
23 aprel 1967-ci ildə Çaparlı kəndində dünyaya gələn N.Aslanov Azərbaycan İnşaat Universitetini bitirib.
Ailəlidir, 2 övladı var.
Aslanov Natiq İsrəfil oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çaparlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.
N.Aslanov son olaraq Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çaparlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsində çalışıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Natiq Aslanovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!