Şəmkir rayonunda ənənəvi sentyabr konfransı keçirilib.
Müəllimlərin ənənəvi sentyabr konfransında 2013-2014-cü tədris ilində görülən işlər və qarşıda duran əsas vəzifələr müzakirə edilib. Bu barədə daha ətraflı Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski məlumat verib. Bildirib ki, rayonun təhsil şəəbəkəsi 79 ümumtəhsil məktəbindən, 0o cümlədən 1 ibtidai, 10 ümumi orta, 68 tam orta ümumtəhsil məktəbindən, 6 məktəbdənkənar müəssisədən ibarət olmuşdur. Ümumtəhsil məktəblərində 1629 sinif kompleksində 29575 şagird təhsil almış, 105 qrupa 1340 şagird cəlb olunmuşdur. . Bu il rayon üzrə dövlət və özəl ali təhsil müəssisələrinə1595 nəfər sənəd təqdim edib və ötən ilki məzunlarla birlikdə 542 nəfər tələbə adını qazanıb. Bu göstərici ötən illə müqayisədə 32 nəfər çoxdur. Ali məktəblərə daxil olan məzunlardan 15 nəfəri 600-dən yuxarı, 55 nəfər isə 500-dən çox bal toplayıb. Müəllimləri təbrik edən Şəmkir rayon icra hakimiyyəti başçısı Nazim Veysov dövlət başçısının təhsilin inkişafına göstərdiyi qayğıdan danışıb. Bildirib ki, rayonda təhsil ocaqlarının tikintisi və onun maddi texniki bazasının möhkəmləndirməsi sahəsində məqsədyönlü tədbirlər davam etdirilir. Həmçinin bildirilib ki, bu il rayonda nizami Gəncəvi adına tam orta məkətbinin tikinitisinə başlanılıb. Bundan əlavə iki uşaq bagçası yenidən tikilir. Digər çıxış edənlər də ömrünü-gününü uşaqların elmi biliklərinə və təlim tərbiyəsinə həsr edən müəllimlərin gərgin əməyindən və onların üzərinə düşən əsas vəzifələrdən danışıblar. Bildirilib ki, ən şərəfli peşə sahibləri olan müəllimlər daim böyük hörmətə və ehtirama layiqdir. Tədbirdə Təhsil Nazirliynin nümayəndəsi Zöhrab Kəlbalıyev çıxış edərək, Təhsil Naziri Mikayıl Cabbarovun adından təbrik və salamları konfrans iştirakçılarına çatdırdı. Sonda konfransın qərar layihəsi və konfrans iştirakçılarının Prezidentə müraciəti oxundu.