İCRA BAŞÇISI GÖRÜŞ KEÇİRİB
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov BMT-nin inkişaf proqramları layihəsinin əməkdaşı, layihə idarəetmə üzrə mütəxəssis Amin Məmmədovla görüş keçirib.
Görüşün məqsədi yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan müxtəlif sosialyönümlü layihələrin müzakirəsi olub.
İlk öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonağı salamlayıb və Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı Şəmkirin zəngin təbiyyəti, kənd təsərrüfatı, sənaye potensialı və bu istiqamətdə həyata keçirilən çoxşaxəli layihələrdən danışıb.
Layihə idarəetmə üzrə mütəxəssis Amin Məmmədov göstərilən diqqətə görə Şəmkir Rayon İcra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədova dərin təşəkkürünü bildirib.
Daha sonra tərəflər arasında çoxsaylı layihələr haqqında müzakirələr aparılıb.