Şriftin ölçüsü :

Saytın rəngi :

"ŞƏMKİRDƏKİ GƏNCLƏRƏ DİQQƏT VƏ QAYĞI BİZLƏRİ FƏRƏHLƏNDİRİR" - Təzəkənddə səyyar görüş

26 dekabr 2018 | 16:00

Bildiyiniz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hər həftə rayonun müxtəlif kənd və qəsəbələrində sakinlərlərlə görüşür, onların problemlərini yerində öyrənir.

Bir sözlə hər zaman içərisində olmaq, onların sevincinə də, kədərinə də şərik olmaq Alimpaşa Məmmədovun əsas prioritetlərindəndir.

Alimpaşa Məmmədov həm də ona görə Şəmkiri qarış-qarış gəzir ki, deməyə sözü çoxdur. Çünki inkişaf edən Azərbaycanın bir parçası olan rayonumuzun gündəlik həyatı çox zəngindir.

Bu gün də icra başçısı 2018-ci ildə dünyada, çiçəklənən Azərbaycanımızda baş verən hadisələrdən, hər günü yeni bir başlanğıc olan Şəmkirimizdəki inkişafdan danışmaq üçün Təzəkənd kəndinin sakinləri ilə səyyar qəbul- görüşə getmişdi.

Əvvəlcə şəmkirliləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və “Yeni İl” münasibəti ilə təbrik edən Alimpaşa Məmmədov bütün görüşlərdə olduğu kimi, Təzəkənd sakinləri ilə görüşdə də böyük həvəslə Şəmkirdə aparılan hərtərəfli inkişafdan danışdı. Dedi ki, cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, hər bölgədə, eləcə də rayonumuzda geniş abadlıq-quruculuq işləri aparılır.

Sakinlərlə səmimi söhbət edən icra başçısı Şəmkirə və şəmkirlilərə olan sonsuz sevgisini də dilə gətirdi və xaricdə olan sakinlərimizə səsləndi: “Çox şadam ki, xaricdə xüsusilə də Rusiya Federasiyasında olan şəmkirlilərimiz hər yerdə ölkəmizi, dövlətimizi ən milli mənəvi dəyərlərimizin layiqincə təmsil edirlər. Onlar bizim fədakarlarımızdır. Mən evindən, ailəsindən uzaq düşüb Azərbaycanımıza investisya gətirən bu insanlara qəhrəman kimi baxıram. Biz onlara qucaq açmalıyıq, onlara istədikləri şəraiti yaratmalıyıq. Necə ki, bunu edirik. Sevindirici haldır ki, bu gün ölkəmizdə, xüsusilə də Şəmkirimizdə onlar üçün şəffaf imkanlar yaradılıb”.

Elə bütün kəndlərdə olduğu kimi təzəkənd sakinləri də icra başçısını sevgi və sayqı ilə qarşılayıb, əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və icra hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildiriblər.

Görüşdə iştirak edən gənclər isə, Şəmkirdə onlarla bağlı aparılan möhtəşəm layihələrə, gənclərə yaradılan imkanlara görə Prezident Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Xanım Əliyevaya və rayon rəhbərinə dərin təşəkkürlərini bildiriblər: "Bu gün Şəmkirdə gənclərə göstərilən diqqət və qayğı bizim üçün əlavə bir stimul verir. Rayonumuzda bir gəncin bütün qabiliyyətlərini göstərməsi üçün hər cürə şərait yaradılıb. Sizin Şəmkir Gənclər Mərkəzinə bu qədər doğma münasibətinin bunun bariz nümunəsidir. Ona görə də artıq son illərdə Şəmkir gəncləri bütün yerli və beynəlxalq layihələrdə uğurlar qazanmağa başlayıblar".

 

Keçidlər