Şriftin ölçüsü :

Saytın rəngi :

"BU ŞƏMKİRLİLƏRİN CƏNAB PREZİDENTƏ AD GÜNÜ HƏDİYYƏSİDİR"

24 dekabr 2018 | 16:00

"BU ŞƏMKİRLİLƏRİN CƏNAB PREZİDENTƏ AD GÜNÜ HƏDİYYƏSİDİR"

Bildiyiniz kimi bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin doğum günüdür.

Belə bir mötəbər gündə Şəmkirdə körpələrə möhtəşəm bir hədiyyə verilib.

Belə ki, Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının ikinci korpusu da təmirdən sonra balacaların ixtiyarına verilib.

Bu gün körpələr evi-uşaq baxçasının tam təmirdən sonra Cənab Prezidentin doğum günündə açılış mərasimi keçirilib. Mərasimdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət və media nümayəndələri, valideyinlər iştirak ediblər.

Tədbirdə çıxış edən Alimpaşa Məmmədov əvvəlcə bütün şəmkirlilər adından Cənab Prezidenti doğum günü münasibəti ilə təbrik edib, Cənab Prezidentin Şəmkir səfərlərindən qısa məlumat verib: “Bu günki açılış mərasimi də şəmkirlilərin Cənab Prezident İlham Əliyevə doğum günü hədiyyəsidir. Çünki Cənab Prezidentin Azərbaycanın gələciyi olan körpələrə nə qədər önəm verdiyi hər birimizə məlumdur”.

Bu gün uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir deyən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov açlış mərasimində çıxış edərək rayon ərazisində görülən işlərdən danışıb. İcra başçısı qeyd edib ki, son illər ərzində respublikamızda 100 lərlə uşaq bağçası və körpələr evlərinin tikilməsi, bir çoxunun isə yenidən bərpası ölkədə uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı həm də Azərbaycan gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açıb. Natiq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsində gördüyü mühüm işlərdən danışıb .

Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, ötən il də Şəmkirdə 2 uşaq bağçası-körpələr evi təmir edilərək balacaların ixtiyarına verilib:“Gələcək də də bu işlərin davam etdirəcək, ölkəmizin gələcəyi olan bu balacaların sağlam böyüməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Alimpaşa Məmmədov təhsilə daim qayğı göstərən dövlət başçısı İlham Əliyevə və birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya şəmkirlilər adından minnətdarlığını bildirib.

Sonra bağça ilə tanışlıq oldu.

Qeyd edək ki, 3 saylı körpələr evi-uşaq baxçasının əsas hissəsi 2017-ci ildə təmir edilərək istifadəyə verilib. Uşaq bağçasında 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi tədris ediləcək. Körpələr evi-uşaq bağçası 150 yerlikdir. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Təhlükəsizlik məqsədilə müşahidə kameraları qurulub. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını nəzarətdə saxlamağa imkan verir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb. Məktəbəqədər təhsil ocağının bütün dəhliz və otaqlarının divarlarında uşaqların böyük marağına səbəb olan nağıl qəhrəmanlarının obrazları həkk edilib. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşələri yaradılıb.

 

Keçidlər