BAKI OKSFORD MƏKTƏBİNİN ŞƏMKİR FİLİALINDA YENİ İL ŞƏNLİYİ
20 dekabr 2018 | 16:00
Bakı Oksford məktəbinin Şəmkir filialında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, başçının müavini-İctimai-siyasi və humanitar məsəslələr şöbəsinin müdiri Aynur Abdullayeva, məktəbin müəəlimləri, şagirdləri və valideynlərin iştirak etdiyi şənlikdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub.
Şagirdlərin hazırladıqları rəngarəng nömrələr iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.