Şriftin ölçüsü :

Saytın rəngi :

NAMİQ MAHMUDAOV FƏXRİ BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN İŞÇİSİ ADINA LAYİQ GÖRÜLÜB

19 dekabr 2018 | 16:00

Şəmkir rayon Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin direktoru Namiq Mahmudov Fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görülüb.

Gənlər və İdman naziri Azad Rəhimovun imzaladığı sərəncama əsasən Şəmkir rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Mahmudov Namiq Zirəddin oğlu Fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görülüb.

Namiq Mahmudov Şəmkirdə bədən tərbiyəsi və idmanın inkişafında yüksək xidmətlər göstərmiş, idman kadrlarının hazırlanmasında və tərbiyə edilməsində yüksək nailiyyətlər əldə edib.

Onu da xatırladaq ki, Namiq Mahmudovun rəhbərlik etdiyi UGİM 2016-cı ildə Şəmkirdə ənənəvi keçirilən “İlin qalibləri nominasiyası”nda “İlin İdmançısı” adına layiq görülmüşdür.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Namiq Mahmudovu təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Keçidlər