"CƏNAB PREZİDENTİMİZ BU GÜN SİZLƏRİN RAHAT YAŞAMASI ÜÇÜN HƏR ŞEY EDİR" - ALİMPAŞA MƏMMƏDOV
Bildiyiniz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hər həftə rayonun müxtəlif kənd və qəsəbələrində sakinlərlərlə görüşür, onların problemlərini yerində öyrənir, bir sözlə hər zaman vətandaşların yanında olub, onlarla çiyin-çiyinə çalışır.
Alimpaşa Məmmədov həm də ona görə Şəmkiri qarış-qarış gəzir ki, deməyə sözü çoxdur. Çünki inkişaf edən Azərbaycanın bir parçası olan rayonumuzun gündəlik həyatı çox zəngindir.
Bu gün növbəti səyyar qəbul-görüş Şəmkirin rayon Dəllər Daşbulaq kəndində keçirilib.
Alimpaşa Məmmədov bütün görüşlərdə olduğu kimi, Dəllər Daşbulaq sakinləri ilə görüşə də böyük həvəslə getmişdi.
Alimpaşa Məmmədov görüşdə ilk sözə Şəmkirə və şəmkirlilərə olan sevgisindən danışmaqla başladı.
Daha sonra icra başçısı respublikamızda, o cümlədən Şəmkirdə aparılan hərtərəfli inkişafdan danışdı.
İcra hakimiyyətinin başçısı bildirdi ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, "Azfarel" balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır, özəl sahəyə rayonumuzda xüsusi diqqət ayırılır.
Alimpaşa Məmmədov görüşdə ölkəmizin hər bir yerində olduğu kimi Şəmkirdə də aparılan quruculuq, abadlıq işləridən danışıb:"Cənab Prezidentimiz istəyir ki, ölkəmizin hər yerində çox gözəl şərait olsun, o cümlədən Şəmkir rayonunda. Son illər ərzində görülən işlər göz qabağındadır. Buna heç bir şərh verməyə də ehtiyac yoxdur. Şəmkir sakinlərinin rahat yaşaması üçün Azərbaycan dövləti hər şeyi edir".
Görüşdə vətəndaşlar tərəfindən kənddaxili yolların təmiri, kənd təsərrüfatı işlərinin sürətləndirilməsinə kömək göstərilməsi və digər sosial məsələlərin həlli qaldırılıb.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara lazımi tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və icra hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildiriblər.