Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon İcra Hakimiyyəti yüksək bal toplayan məzunlarla görüş keçirmişdir.

05 sentyabr 2014 | 15:00

Şəmkir  rayon icra Hakimiyyətinin başçısı cənab Nazim Veysov 04 sentyabr 2014-cü il tarixdə,  ali məktəblərə qəbulda yüksək nəticə göstərmiş məzunlarla görüş keçirmişdir. Görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri,  rayon İcra hakimiyyəti Aparatının şöbə müdirləri,  rayon təhsil şöbəsinin rəhbərliyi, məktəb direktorları və valideyinlər iştirak etmişdir. Şəmkir  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Nazim Veysov  ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, təhsil infrastrukturunun yeniləşməsinə xidmət edən layihələrin həyata keçirilməsindən geniş danışdı. Məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsinin  nəticəsidir ki, ildən ilə tələbə adını qazanan məzunların sayı artır. Bu il rayonumuzun 544 məzunu tələbə adını qazanmışdır. Tələbə adını qazananların 15 nəfəri 600 dən,  57 nəfəri isə 500 dən yuxarı bal toplamışdır.
Tələbə adını qazanan məzunlar rayon rəhbərliyi tərəfindən təbrik edildi. Həmin məzunlara qiymətli hədiyyələr və rayon İcra hakimiyyətinin Fəxri fərmanları təqdim olundu.
Tədbirdə çıxış edən məzunlar və müəllimlər təhsilin inkişafına göstərdiyi qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər