Şriftin ölçüsü :

Saytın rəngi :

12 sentyabr tarixində Şəmkir RİH-də növbəti vətəndaş qəbulu keçirilib

12 sentyabr 2023 | 10:48
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
Qəbul zamanı şəhid ailələri, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Sakinlər tərəfindən edilən müraciətlər fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Keçidlər