Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhərində 3500 ədəd tut tingi əkilib

15 dekabr 2018 | 16:00

Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində əldə olunan nailiyyətlərin sırasında kənd təsərrüfatı sahəsinin durduğunu və bu sahənin iqtisadi həyatımızada artan çəkisini, xüsusi olaraq qeyd etmək olar.

Bu sahənin inkişaf etdirilməsi Şəmkir rayonunda da, xüsusi olaraq diqqət mərkəzində saxlanılır.

Beləki, yaxın günlərdə Çin Xalq Respublikasından ölkəmizə gətirilmiş 1 milyon ədəd tut tingindən 46 mininin Şəmkir rayonu ərazisində əkilməsi nəzərdə tutulub.

Şəmkir Rayon İcra Hakimiyyətinin bölgüsü əsasında qəsəbə və kəndlərdə tut tinglərinin əkilməsi davam etdirilir.

Görülən işlərin davamı olaraq, ötən gün Şəmkir şəhəri ərazisində, şəhər icra nümayəndiliyiəh, şəhər bələdiyyəsi və digər təşkilatların iştirakı ilə 4 hektar ərazidə 3500 ədəd tut tingi əkilib.

Bölgü əsasında təsərrüfatlara, barama istehsalçılarına əvəzsiz olaraq paylanılan tingləri Çin texnologiyası əsasında əkilib. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılıb.

Qeyd edək ki, ilin sonunadək 10.000 tut tinginin əkilməsi nəzərdə tutulur.

 

Keçidlər