Şriftin ölçüsü :

Saytın rəngi :

"DÖVLƏTİMİZ HƏR AN SİZİN YANINIZDADIR" - ALİMPAŞA MƏMMƏDOV

11 dekabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun vətəndaşlarla daha bir səyyar qəbulu rayonun Keçili kəndində keçirilib.

Görüşdə yerli sakinlərlə səmimi söhbət edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov isə rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Alimpaşa Məmmədov qəbul zamanı xüsusi vurğulayıb ki, sakinlərlə səyyar görüşlər həm Şəmkirdə görülən işlər barədə onları məlumatlandırmaq, həm də gələcəkdə görülməsi nəzərdə tutulan işlərdə vətəndaşların da fikir və təkliflərini öyrənməkdir: “Sizin rahatlığınızı təmin etmək, sizlərə xidmət etmək bizim üçün ən vacib tapşırıqdır. Çünki bu Cənab Prezident İlham Əliyevin qarşımıza qoyduğu ən vacib məsələdir. Bilin ki, dövlətimiz hər zaman sizin yanınızdadır. Şəmkir Rayon İcra Hakimiyyətinə də evinizin içindən şikayət və təkliflərinizi göndərə bilərsiniz. İstədiyiniz vaxt çox asan bir şəkildə bizə facebook vasitəsi ilə müraciət edin. Sizin göndərdiyiniz bütün məktublar Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi şəkildə qeydiyyata alınır və icra olunması üçün müvafiq şöbələrə yönləndirilir”.

Daha sonra Keçili kənd sakinlərinin şikayət və təklifləri dinlənilib.

Rayon sakinləri əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər