Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər icra başçısını heyrətləndirdilər - MƏKTƏBİN TƏQDİMATI

07 dekabr 2018 | 16:00

Dekabrın 6-da Şəmkir rayon İsrafil Məmmədov adına tam orta məktəbdə “Məktəbin təqdimatı” keçirilib.

Təqdimatdan öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və qonaqlar məktəbin şagirdlərinin hazırladığı əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra məktəbin kollektivi qonaqlara məktəblərini təqdim ediblər. Əvvəlcə məktəblilər Azərbaycan tarixinə, zəngin mədəniyyətimizə və incəsənətimizə aid kompozisiyalar səsləndiriblər.

“Məktəbin Təqdimatı” tədbirdə iştirak edən qonaqların marağına səbəb olub.

Təqdimatda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov məktəblilərin məharətindən heyran olduğunu və onların çox böyük gələcəyinin olduğunu bildirib: “ Ölkəmizin gələcəyi olan sizləri belə savadlı və qabiliyyətli görmək bizim üçün qürurvericidir. Hər bir dövlətin gələcəyi onun uşaqlarıdır. Bizim də gələcəyimiz sizlərsiniz".

Görülmüş işlərdən razılığını bildirən qonaqlar məktəbin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Keçidlər