Şəmkirdə Mülki müdafiə sahəsində görülmüş və görüləcək işlər müzakirə edilib
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Şəmkir Rayon İcra Hakimiyyəti ilə birgə 5 dekabr 2018-ci il tarixində tədbir keçirib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin birinci müavini Qüdrət Əliyev, Gəncə Regional Mərkəzinin əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və məktəb direktorları iştirak ediblər.
Tədbirdə Şəmkir rayonunda mülki müdafiə shəsində mövcud vəziyyət və bu sahədəki problemlər geniş müzakirə edilib.
Fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması və marifləndirmə məsələləri tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Rayonda 2018-ci ildə mülki müdafiə sahəsində görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə idarə, müəssisə və təşkilat rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb və tədbir geniş müzakirələr şəraitində davam etdirilib