Şəmkir "Gənc Həkimlər Birliyi"ndən nəcib addım - Sakinlər yaşadıqları ünvanda müayinə dildi
2014-ci ildə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan “Gənc Həkimlər Birliyi” ölkəmizdə bir ilk oldu.
Dövlət Gənclər Siyasətinin uğurla həyata keçirildiyi dönəmdə Şəmkir rayonunda “Gənc Həkimlər Birliyi”nin yaradılmasında əsas məqsəd Prezident Cənab İlham Əliyevin ölkəmizdə kimsəsiz və aztəminatlı ailələrə pulsuz tibbi dəstək göstərilməsi tapşırıqlarından irəli gələn ən uğurlu seçim idi.
Bu gün Gənc Həkimlər Birliyi rayonun ən ucqar kəndlərindən biri olanTatarlı kəndində əhalini öz yaşadıqları ünvanlarında tibbi müayinəsini həyata keçirib.
Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.
"Gənc Həkimlər Birliyi"nin sədri Samir Namazov xəstəliklərin ilkin dövrdə aşkar olunması, dispanser qeydiyyatına götürülməsi barədə geniş məlumat verərək bildirib ki, bundan sonra da belə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, Rayon İcra Hakimiyyətinə və Gənc Həkimlər Birliyinə minnətdarlıqlarını bildiriblər.
Bu gün Tatarlı kəndində sakinlərlə səyyar qəbul-görüş keçərən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da Azərbaycanda analoqu olmayan “Gənc Həkimlər Birliyi”nin tibbi müayinə apardıqları kənd həkim məntəqəsinə baş çəkib.
İcra başçısı gənc həkimlər və sakinlərlə səmimi söhbət edib, birlik üzvlərinə tövsüyyə və tapşırıqlarını verib.
Müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, Rayon İcra Hakimiyyətinə və "Gənc Həkimlər Birliyi"nə minnətdarlıqlarını bildiriblər.
Biz də öz növbəmizdə “Şəmkir Gənc Həkimlər Birliyi”nin üzvlərinə şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq!