Şriftin ölçüsü :

Saytın rəngi :

“ÇOX ŞADAM Kİ, BİZ ŞƏMKİRLİLƏR BİR AİLƏ ŞƏKİLİNDƏ ÇALIŞIRIQ” – ALİMPAŞA MƏMMƏDOV

05 dekabr 2018 | 16:00

Bildiyiniz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hər həftə rayonun müxtəlif kənd və qəsəbələrində sakinlərlərlə görüşür, onların problemlərini yerində öyrənir, bir sözlə hər zaman vətəndaşlarla yan-yana, çiyin-çiyinə çalşır.

Alimpaşa Məmmədov həm də ona görə Şəmkiri qarış-qarış gəzir ki, deməyə sözü çoxdur. Çünki inkişaf edən Azərbaycanın bir parçası olan rayonumuzun gündəlik həyatı çox zəngindir. İcra başçısını səyyar qəbullara bu qədər həvəslə getməyə sövq edən, vətandaşa hesabat vermək üçün kifayət qədər mövzuların olmasıdır.

Bu gün növbəti səyyar qəbul-görüş Şəmkirin rayon mərkəzindən 50 kilometir uzaqda yerləşən ucqar dağ kəndi Tatarlıda keçirilib.

Alimpaşa Məmmədov bütün görüşlərdə olduğu kimi, Tatarlı sakinləri ilə görüşə də böyük həvəslə getmişdi. Elə bütün kəndlərdə olduğu kimi tatarlılar da icra başçısını sevgi və sayqı ilə qarşıladılar.

Görüşdə əvvəlcə kəndin icra nümayəndəsi Nəriman Hüseyinov kənd haqqında qısa məlumat verib, sakinlər adından icra başçısını salamladı.

Alimpaşa Məmmədov isə ilk sözə Şəmkirə və şəmkirlilərə olan sevgisindən danışmaqla başladı: “Mən Şəmkiri canım qədər çox sevirəm. Çünki çalışdığın rayonu, onun sakinlərini sevməsən, əsla orada uğur qazana bilməzsən. Çox şadam ki, biz şəmkirlilər bir ailə şəkilində çalışırıq. Birlikdə qazandığımız uğurlar isə göz qabağındadır”.

Daha sonra icra başçısı respublikamızda, o cümlədən Şəmkirdə aparılan hərtərəfli inkişafdan danışdı. Dedi ki, cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, hər bölgədə, eləcə də rayonumuzda geniş abadlıq-quruculuq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, digər sosial layihələr icra edilir.

İcra hakimiyyətinin başçısı bildirdi ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, «Azfarel» Balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır. Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.

Görüşdə vətəndaşlar tərəfindən kənddaxili yolların təmiri, kənd təsərrüfatı işlərinin sürətləndirilməsinə kömək göstərilməsi və digər sosial məsələlərin həlli qaldırılıb.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara lazımi tapşırıqlar verilib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və icra hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər