Şriftin ölçüsü :

Saytın rəngi :

ATTESTASİYA KOMİSSİYASININ İCLASI KEÇİRİLİB

04 dekabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinın başçısı Alimpaşa Məmmədovun müvafiq Sərəncamı ilə yaradılmış Attestasiya Komissiyasının iclası keçirilib.

İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndinə və “Yerli icra hakimiyyətləri” haqqında Əsasnamənin 4.1.11-ci maddəsinə müvafiq olaraq yaradılan komissiya üzvləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun iştirakı ilə keçirilən iclasda təqdim edilib.

Əsasnaməyə uyğun olaraq Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır.

Attestasiya Komissiyası sədri Şəmkir Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri-başçının müavini Aynur Abdullayeva olmaqla 11 nəfər üzvdən ibarətdir.

Komissiya üzvlərinin görüşü zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan körpələr evi – uşaq bağçalarının müdirlərinin 2019-cu ilin yanvar ayı ərzində attestasiyadan keçirilməsi barədə müvafiq qərar qəbul olunub.

Keçidlər