Millət vəkili seçiciləri ilə görüşüb
03 dekabr 2018 | 16:00
Bu gün millət vəkili Kamran Bayramov Şəmkirin Nərimanlı və Abbaslı kəndlərində seçiciləri ilə növbəti görüşünü keçirib.
Görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev də iştirak edib.
Seçicilər məşğulluq, hüquqi və tibbi yardım, sosial yönümlü məsələlərlə bağlı millət vəkilinə müraciət ediblər.
Müraciətlərin bəzilərinin həlli ilə bağlı yerindəcə qərar qəbul edilib, araşdırılması tələb olunan müraciətləri nəzarətə götürüb, aidiyyatı orqanlara sorğular göndərilib.