Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ BƏLƏDİYYƏSİNİN ŞURA İCLASI KEÇİRİLDİ

01 dekabr 2018 | 16:00

Şəmkirdə bələdiyyələrin fəaliyyətinin təkminləşdirilməsi və yerlərdə əhalinin problemlərinin vaxtında həll edilməsi məqsədi ilə Şəmkir Bələdiyyəsində növbəti şura iclası keçirilib.

Bələdiyyə üzvlərinin dəvəti ilə şura iclasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib.

İclasda Şəmkir şəhəri üçün prioritet olan məsələlər gündəliyə çıxarılıb və şura üzvləri arasında müzakirə edilib.

Şura üzvləri tərəfindən bələdiyyəyə məxsus mövcud toropaq sahələri və həmin ərazilərin bölgü əsasında gənc ailələrə verilməsi məsələlərinə baxılıb. Eyni zamanda bələdiyyəyə müraciət etmiş vətəndaşların yerindəcə müraciətlərinə baxılıb, üzvlər arasında müzakirələr aparılıb.

Bələdiyyə üzvləri həmçinin Şəmkir şəhəri ərazisindəki yaşıllıqlara vaxtaşırı qulluq göstərilməsinin vacibliyini də ön plana çıxarıblar.

Sonda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir bələdiyyəsinin fəaliyyətini yüksək qiymətləndirib, bələdiyyənin fəaliyyəti istiqamətində öz tövsüyyələrini verib və məsuliyyətli işlərində üzvlərə uğurlar arzulayıb.

Keçidlər