Şriftin ölçüsü :

Saytın rəngi :

113 NƏFƏR ŞƏMKİR SAKİNİN MÜRACİƏTİ DİNLƏNİLİB

30 noyabr 2018 | 16:00

Bu gün Şəmkirdə sakinlərin qaldırdıqları problemlərə diqqətlə yanaşılır, onların həlli üçün qəti qərarlar qəbul edilir.

Noyabrın 30-də Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun qəbulunda 113 nəfər rayon sakininin müraciəti dinlənilib, problemlərin həlli istiqamətində tədbirlər görülüb. Adiyyəti qurumlara tapşırıqlar verilib.

Ən müxtəlif kateqoriyaları təmsil edən vətəndaşlar həmişə olduğu kimi qəbul gününə böyük inamla gəlmişdilər. Heç vaxt sakinlərin inamını boşa çıxarmayan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov isə vətəndaşlarla münasibətə həssas olmağı, onların dərdinə şərik olmağı, problemlərini öz problemləri kimi həll etmək istiqamətində ciddi tapşırıqlar verdi.

Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.

Vətəndaşlar Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova minnətdarlıq ediblər. Arzu və istəkləri reallaşdıran daha bir qəbul günü çoxlarının həyatına uğurlu tarix kimi yazıldı.

Keçidlər