Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhərində yerləşən Qazax Hərbi Prokurorluğuna yeni təyinat olub.

26 noyabr 2018 | 16:00

Şəmkir şəhərində yerləşən Qazax Hərbi Prokurorluğuna yeni təyinat olub.

Belə ki, Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralovun müvafiq əmrinə əsasən Əhmədov Bəhruz Vidadi oğlu Qazax Hərbi Prokuroru vəzifəsinə təyin olunub.

Bəhruz Əmədov 4 iyul 1984-cü ildə anadan olub. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Respublika Hərbi Prokurorluğunun təşkilat-analitik şöbəsinin rəisi Fuad Məmmədov və yeni təyin olunmuş Qazax Hərbi Prokuroru Bəhruz Əhmədovla görüşüb.

Alimpaşa Məmmədov Bəhruz Əhmədovu təbrik edib, ona şərəfli və məsuliyyətli işində uğurlar arzulayıb.

Bəhruz Əhmədov da öz növbəsində Alimpaşa Məmmədova və bütün şəmkirlilərə göstərilən dəstəyə görə təşəkkürünü bildirib: “Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən hüquq mühafizə orqanlarına göstərilən diqqət və qayğı, münasibət tam fərqlidir. Bu isti münasibətin nəticəsidir ki, 2018-ci ildə Şəmkirdə fəaliyyət göstərən bütün hüquq mühafizə orqanlarının 100 illik yubileylərinə həsr olunmuş tədbirlər təntənəli şəkildə qeyd olundu. Buna gösər sizə dərin təşəkkürümüzü bildiririk”.

ŞƏMKİR RAYON İCRA HAKİMİYYƏTİ VƏ BÜTÜN ŞƏMKİRLİLƏR ADINDAN BƏHRUZ ABBASOVU TƏBRİK EDİR,UĞURLAR ARZULAYIRIQ!

Keçidlər