Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərinin məharəti hamını heyran etdi

23 noyabr 2018 | 16:00

Bu gün Şəmkir "Gənc Müəllimər Birliyi"nin təşəbbüsü ilə rayonun Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə “Məktəbin təqdimatı” keçirilib.

Təqdimatdan öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclis deputatı Sahibə Qafarova, İcra başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri-başçının müavini Aynur Abdullayeva, Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, "Gənc Müəllimlər Birliyi"nin üzvləri və qonaqlar məktəbin şagirdlərinin hazırladığı əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra məktəbin kollektivi qonaqlara məktəblərini təqdim ediblər. Əvvəlcə məktəblilər Azərbaycan tarixinə, zəngin mədəniyyətimizə və incəsənətimizə aid kompozisiyalar səsləndiriblər.

“Məktəbin Təqdimatı” tədbirdə iştirak edən qonaqların marağına səbəb olub.

Təqdimatda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov məktəblilərin məharətindən heyran olduğunu və onların çox böyük gələcəyinin olduğunu bildirib: “Əziz uşaqlar! Bu gün sizin təqdim etdiyiniz kompozisiyalar məni sözün həqiqi mənasında heyrətləndirdi. Ölkəmizin gələcəyi olan sizləri belə savadlı və qabiliyyətli görmək bizim üçün qürurvericidir".

Alimpaşa Məmmədov bildirib ki, bu gün Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli inkişaf gedir: “Təkcə rayonumuza nəzər salsaq, görərik doğma Şəmkirimiz gündən-günə necə gözəlləşir, yeni elm, təhsil, səhiyyə obyektləri inşa olunur, yeni yollar, körpülər tikilir. Bu da Azərbaycanın inkişafının bir parçasıdır”.
Mən demək istəyirəm ki, bütün bu işləri birləşdirən bir amil, bir məqsəd var - o da, əziz uşaqlar, sizlərin gələcəyini müstəqil, daha güclü, daha inkişaf etmiş, daha firavan Azərbaycanda görməkdir. Hər bir dövlətin gələcəyi onun uşaqlarıdır. Ona görə bu gün bütün işlər sabah üçün – sizin üçün görülür".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sahibə Qafarova Azərbaycan təhsilinin yüksək nailiyyətlər qazanmasında ulu öndərimiz Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də göstərdiyi yüksək diqqət və qayğını xüsusi qeyd edib və məktəbin pedaqoji kollektivinə, şagirdlərə dərin təşəkkürünü bildirib.
Görülmüş işlərdən razılığını bildirən qonaqlar məktəbin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Keçidlər