Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə avtomobillərə baxış keçirilib

22 noyabr 2018 | 16:00

Azərbaycan Respubliksası Silahlı Qüvvələrinin hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün Şəmkir rayonunda partiyalara təyin olunmuş hərbi nəqliyyat vasitələrinə sıra baxışı keçirilib.

Rayonun Dəllər qəsəbəsi ərazisində keçirilən sıra baxışında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin nümayəndələri və təyin edilmiş avtomobillərin sürücüləri iştirak ediblər.

Avtomobillərə baxış keçirilən zaman onların mövcud vəziyyəti yoxlanılıb və aşkar edilmiş çatışmamazlıqların ardan qaldırılması üçün aidiyyəti şəxslərə lazımı göstərişlər verilib.

Keçidlər