Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul-görüş Dəllər Cırdaxan kəndində keçirildi

21 noyabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun vətəndaşlarla daha bir səyyar qəbulu rayonun Dəllər Cırdaxan kəndində keçirilib.

Görüşdə yerli sakinlərlə səmimi söhbət edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.

İcra başçısı bildirib ki, bu gün ölkəmizdə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycan hərtərəfli inkişafa nail olub.

Alimpaşa Məmmədov qəbul zamanı xüsusi vurğulayıb ki, sakinlərlə səyyar görüşlər keçirilməsində əsas məqsəd həm Şəmkirdə görülən işlər barədə onları məlumatlandırmaq, həm də onların problemlərini yerində həll etməkdir.

Daha sonra Dəllər Cırdaxan sakinlərinin şikayət və təklifləri dinlənilib.

Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər problemlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Rayon sakinləri əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər