Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhərinin daha bir küçəsində təmizlik işləri yekunlaşıb

20 noyabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər İcra nümayəndəliyi və Şəmkir Bələdiyyəsi rayon mərkəzinin ətraf küçələrində təmizlik işləri aparırlar. Bu gün isə Nəriman Nərimanov küçəsindəki işlər yekunlaşıb.

Bu na qədər Şəmkir şəhərinin Posanlı yaşayış massivində ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.

Təmizlik aksiyasının keçirilməsində əsas məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə maarifləndirilməsini və təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini cəlb etməkdir.

Keçidlər