ŞƏMKİRDƏ PULSUZ TİBBİ MÜAYİNƏ HƏYATA KEÇİRİLİB
20 noyabr 2018 | 16:00
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü "ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Şəmkir sakinləri üçün ödənişsiz səyyar tibbi müayinə təşkil olunub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov pulsuz tibbi müayinənin gedişatı ilə tanış olub, təşkilatçılara bütün Şəmkir sakinləri adından dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.