AĞDAĞ SAKİNLƏRİ PREZİDENT CƏNAB İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR ETMƏK ÜÇÜN İCRA BAŞÇISINI MƏHƏLLƏLƏRİNƏ DƏVƏT ETDİLƏR
Şəmkir şəhərinin Ağdağlar məhəlləsinə yeni qaz qətti çəkilib.
Uzun illər idi ki, təbii qaz xətti olmadığına görə ciddi çətinliklərlə üzləşən sakinlər Cənab İlham Əliyevin sərəncamı ilə çəkilən mavi yanacağı böyük sevinclə qarşılayıblar.
Sakinlə ölkə Prezidenti Cənab İlham Əliyevə təşəkkür etmək üçün Şəmkir Rayon İcra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədovu məhəlləyə qonaq dəvət ediblər.
Sakinlərlə görüşə gedən icra başçısı onları təbrik edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan misilsiz inkişafı diqqətə çatdırıb. Natiq qeyd etmişdir ki, Şəmkir rayonunun timsalında bu inkişafı daha aydın hiss etmək olur. Rayon mərkəzində, qəsəbə və kəndlərdə yeni-yeni təhsil müəssisələri tikilir, yollar asfaltlaşdırılır, park-xiyabanlar, körpülər salınır.
Tədbirdə iştirak edən ailə üzvləri kənd sakinlərinə göstərilən bu qayğı və diqqətə görə ölkə başçısı Cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədova dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, layihə əsasında Şəmkir şəhərində Ağdağlar məhəlləsində 3015 ailə mavi yanacaqla təmin olunub.