İCRA BAŞÇISI KOTANÇI KANALINA BAXIŞ ZAMANI YENİ AİLƏ QURAN GƏNCLƏRLƏ QARŞILAŞDI, MƏCLİSDƏ İŞTİRAK EDİB XEYİR-DUA VERDİ
19 noyabr 2018 | 16:00
Xəbər verdiyimiz kimi, bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Kotançı kanalıında aparılan bərpa işləri ilə tanış olub.
25 kilometr uzunluğu olan kanalın keçdiyi kəndləri qarış-qarış gəzən icra başçısı Yuxarı Seyfəli kəndində işlərin gedişatı ilə tanış olarkən yeni ailə quran gəclərin toy karvanı ilə qarşılaşıb.
İcra başçısı təsadüfi qarşılaşdığı məclisin qonağı olub, yeni ailə quran gənclərə Şəmkir Rayon İcra Hakimiyyəti adından xeyir-dua verib.
El ağsaqqalları icra başçısını sevgi və rəğbətlə qarşılayıb, səmimi münasibətinə görə Yuxarı Seyfəli sakinləri adından dərin təşəkkür ediblər.