Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRLİ İDMANÇILAR BEYNƏLXALQ TURNİRDƏ ÖLKƏMİZİ BİRİNCİ ETDİLƏR

19 noyabr 2018 | 16:00

Gürcüstanın paytaxtı Tiblisidə taekvondo üzrə «TİBLİSİ OPEN 2018» Beynəlxalq Turniri keçirilib.

Beynəlxalq turnirdə yerli idmançılarla yanaşı Azərbaycan, Ukrayna,İran və Ermənistandan olan taekvondoçular iştirak ediblər.

Ölkəmizi turnirdə təmsil edən şəmkirli taekvondoçular yüksək nəticələr əldə ediblər.

Belə ki, Şəmkir rayon Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin idmançıları- Nihad Vəliyev, Hüseyinli Sabirə, Həsənova Fatimə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıblar.

Ümumilikdə idmançılarımız 3 qızıl, bir gümüş, iki bürünc medalı komandamızın hesabına yazdıra biliblər. Bu nəticə ilə şəmkirli idmançılar medal sayına görə ölkələr arasında birinci yeri tutublar.

Beynəlxalq turnirdə medal qazanan idmançılarımız aşağıdakılardır:

Qızıl medal qazananlar:

Nihad Vəliyev (61 kq)
Hüseynli Sabirə (68 kq)
Həsənova Fatimə (33 kq)

Gümüş medal:

İsayeva Əsli (30 kq)

Bürünc medal:

Hüseynova Pərvin (36 kq)
Bayramova Nərmin (36 kq)

 

 

Keçidlər